26 Iyul 2026, Bazar

leadership

Fəxrəddin Eylazov

Haqqında

Fəxrəddin Aydın oğlu Eylazov 1 may 1970-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Aşağı Qışlaq kəndində anadan olmuşdur.

1987-ci ildə Aşağı Qışlaq kənd orta məktəbini bitirmiş, 1988-1990-cı ildə hərbi xidmətdə olmuşdur.

1993-1998 və 1998-2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin göndərişi əsasında İran İslam Respublikasının Təbriz, Tehran və Qum şəhərlərində Əl-Mustafa Beynəlxalq İslam Universitetinin İslam maarifi fakültəsində İslam hüququ və islam maarifi ixtisası üzrə bakalavr və magistr ali təhsili almışdır.

2003-2005-ci ildə Naxçıvan Muxtar Respublikası Cəlil Məmmədquluzadə adına Ədəbiyyat Muzeyində bələdçi və elmi işçi vəzifələrində işləmişdir.    8 aprel 2005-ci ildə AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda kiçik elmi işçi olaraq işə qəbul olunmuş, hal-hazırda həmin Fondda Əlyazmaların toplanması şöbəsinin müdiri vəzifəsində çalışir.

Dilçilik, mətnşünaslıq, tərcüməşünaslıq, sufizm, Ərəb və farsdilli qaynaqlarda Azərbaycan və Naxçıvanla bağlı məlumatların ortaya çıxarılması, kitabələrin oxunması və elmi tədqiqi tədqiqatçının elmi fəaliyyətinin əsas istiqamətləridir. Hazırda “XV əsr Azərbaycan tərcümə abidəsi “Gülşən raz”-ın elmi tənqidi mətni və filologi təhlili” mövzusunda fəlsəfə doktoru dissertasiyası üzərində çalışır.

8 kitab və 120-dən artıq elmi məqalənin müəllifidir. 20 ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğuldur.