20 Sentyabr 2026, Bazar

Uğurlarımız

news-img

03.09.2026 14:40

line-img

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Sarayevoda keçirilən simpoziumda məruzə ediblər

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAR) təşkilatçılığı və Beynəlxalq Sarayevo Universitetinin (IUS) ev sahibliyi ilə “II Beynəlxalq Anadolu Akademik Araşdırmalar Simpoziumu” keçirilib.
26-29 avqust tarixlərində “Dəyişən dünyada Balkanlar: Çoxölçülü yanaşmalar və fənlərarası perspektivlər” mövzusunda təşkil olunan simpozium 21 ölkədən olan alim, tədqiqatçı və mütəxəssisləri bir araya gətirib.
Simpoziumun əsas məqsədi elmi dialoqun inkişaf etdirilməsi, müasir tədqiqatların təqdim olunması və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi olub.
AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından tarix elmləri doktoru Toğrul Xəlilov, filologiya elmləri doktoru Ramiz Qasımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova, həmçinin Bölmənin gənc tədqiqatçılarından Səkinə Cümşüdova, Şəmsiyyə Zalova, Cəmilə Məhərrəmova, Rüzgar Camal, Natavan İbrahimova və Sürəyya Əkbərova simpoziumun onlayn elmi sessiyalarında müxtəlif mövzuları əhatə edən məruzələr ediblər.
Qeyd edək ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Elxan Məmmədov simpoziumda iki fərqli məruzə ilə çıxış edib. Həmçinin həmin institutun aparıcı elmi işçisi, dosent Aygün Orucova bir bölməyə moderatorluq edib.
Sonda simpozium iştirakçılarına sertifikatlar təqdim olunub.