20 Sentyabr 2026, Bazar

Uğurlarımız

news-img

31.08.2026 14:32

line-img

AMEA Naxçıvan Bölməsinin əməkdaşının məqaləsi "DərgiPark Akademik Sənət Jurnalı"nın 28-ci sayında dərc edilib

Nüfuzlu "DərgiPark Akademik Sənət Jurnalı"nın 28-ci sayında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi Brilyant Cəfərlinin "Türk və Əcəmi Naxçıvani memarlığında ornament sənəti" (Türk ve Acemi Nahçivani Mimarisinde Süsleme Sanatı) başlıqlı tədqiqat məqaləsi nəşr olunub.
Tədqiqat işində XII əsrdə yaşamış və fəaliyyət göstərmiş böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Türk-İslam memarlığının ornament anlayışına verdiyi mühüm töhfələrdən bəhs edilir.
Məqalədə Əcəmi Naxçıvaninin inşa etdiyi Möminə Xatun və Yusif Küseyir oğlu türbələrində kərpic və kaşı (çini) materialları ilə işlənmiş ornamentlərin zənginliyi Türk memarlıq ənənəsinin zirvə nümunələri kimi qiymətləndirilir.