20 Sentyabr 2026, Bazar

Uğurlarımız

news-img

20.08.2026 11:01

line-img

AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq vikidüşərgədə fərdi məqalə müsabiqəsinin qalibi olub

AMEA Naxçıvan Bölməsi Aparatının Rəqəmsallaşma və süni intellekt şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova və Bölmənin Əlyazmalar Fondunun Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyasının rəhbəri Kübra Vəliyeva avqustun 12-dən 16-dək Mingəçevir şəhərində keçirilən “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsində iştirak ediblər.
Düşərgə çərçivəsində keçirilən fərdi məqalə müsabiqəsində Səadət Məmmədova birinci yeri tutub.
Vikipediyanın 25 illik yubileyinə həsr olunan tədbir “Viki şəhər” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vikimedia Azərbaycan” istifadəçi qrupunun təşkilatçılığı ilə keçirilib. Tədbirə “Azərsun Holdinq” sponsorluq edib.
Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan vikipediyaçıların iştirak etdiyi düşərgənin proqramında regional viki-icmaların təcrübəsi, Vikipediyanın təhsildə tətbiqi, etibarlı mənbələrlə iş və neytrallıq prinsipləri, eləcə də viki-layihələrdə süni intellekt və rəqəmsal alətlərdən istifadə ilə bağlı təlim və təqdimatlar yer alıb.
Düşərgə müddətində keçirilən yazı marafonlarında Azərbaycan gəncləri, idmanı və Mingəçevirlə bağlı mövzular üzrə 512 yeni məqalə yaradılıb, 4000-dən çox redaktə aparılıb.
Düşərgənin bağlanış tədbirində iştirakçılara sertifikatlar təqdim olunub.