Uğurlarımız
AMEA Naxçıvan Bölməsinin əməkdaşı Səadət Məmmədova rəqəmsal sertifikat əldə edib
AMEA Naxçıvan Bölməsi Aparatının Rəqəmsallaşma və süni intellekt şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova dünyanın aparıcı texnologiya şirkətlərindən olan IBM-in SkillsBuild platformasında “Craft Precise Prompts for AI Models” (“Süni intellekt modelləri üçün dəqiq sorğuların hazırlanması”) təlim proqramını uğurla tamamlayaraq prompt mühəndisliyi üzrə rəqəmsal sertifikat əldə edib.
Təlim proqramı böyük dil modelləri (LLM) ilə effektiv qarşılıqlı əlaqə, prompt mühəndisliyinin əsas texnikaları, süni intellekt modelləri üçün dəqiq və məqsədyönlü sorğuların hazırlanması, dəyişənlər əsasında təkrar istifadə oluna bilən prompt şablonlarının yaradılması və onların praktik tətbiqi kimi mövzuları əhatə edir.