26 Iyul 2026, Bazar

leadership

İlhami Əliyev

Haqqında

İlhami Nizam oğlu Əliyev 5 noyabr 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri qəsəbəsində anadan olmuşdur. 1982-1993-cü illərdə Q.Əkbərov adına Cəhri qəsəbə 1№-li tam orta məktəbində təhsil almışdır.

1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin Tarix ixtisasının bakalavr, 2005-2007-ci illədə həmin universitetin Tarix ixtisası üzrə magistr pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 2004-cü ildən Babək rayon Q.Əkbərov adına Cəhri qəsəbə 1№-li tam orta məktəbində tarix müəllimi kimi başlamış, 2006-cı ildən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda çalışır. Hazırda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində çalışır.

2013-cü ildə “Azərbaycanın Naxçıvan bölgəsi Səfəvilər dövlətinin tərkibində” adlı dissertasiya işini müdafiə etmiş, 2014-cü ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə isə dosent elmi adı almışdır. 2016-cı ildən “XVIII-XIX əsrin birinci yarısında Rusiya, İran, Osmanlı dövlətlərinin siyasətində Naxçıvan” mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləyir.

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.