İsmayıl Hacıyev
Haqqında
İsmayil Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində, müəllim ailəsində anadan olmuşdur. 1958–1966-cı illərdə Xanağa kənd səkkizillik məktəbində təhsil almışdır. 1966-cı ildə Culfa rayonunun Göydərə kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1968-ci ildə Göydərə kənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinə qəbul imtahanlarını versə də müsabiqədən keçə bilməmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "tarix" ixtisası üzrə I kursuna qəbul olmuşdur. İ. Hacıyev 20-dən çox ölkədə keçirilən 50-yə yaxın beynəlxalq sammit, qurultay, konqres, konfrans və simpoziumlarda, elmi tədbirlərdə məruzələrlə çıxış etmişdir. AMEA Naxçıvan Bölməsinin sədri akademik İ. Hacıyev ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, 2000-ci ildə Culfa səhər seçki dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilmişdir. III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, həmçinin Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü olmuşdur.