26 Iyul 2026, Bazar

leadership

Sara Hacıyeva

Haqqında

Sara Adil qızı Hacıyeva 1966-cı il iyul ayının 19-da Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olmuşdur.

1973-1983-cü illərdə Güney Qışlaq kənd orta məktəbində təhsil almışdır. Müəyyən müddət istehsalatda çalışdıqdan sonra 1995-1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix   ixtisasında bakalavr, 1999-2001-ci illərdə həmin universitetdə magistr təhsili almışdır.

1999-cu ildən Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamış, 2002-ci ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işçi, böyük elmi işçi, hazırda isə Qədim və orta əsrlər tarixi şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərir.

2011-ci ildə “Naxçıvan bölgəsindəki xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidəsi kimi” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə isə dosent elmi adı almışdır. 2015-ci ildən “XVIII-XIX əsrlərdə Naxçıvan diyarının təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 

3 monoqrafiya (biri həmmüəllif), 1 kitab (həmmüəllif), 120-ə yaxın elmi məqalənin müəllifidir. Bir çox beynəlxalq və respublika miqyaslı konfrans və simpoziumlarda iştirak etmişdir.

Ailəlidir, iki övladı var.