26 Iyul 2026, Bazar

leadership

Toğrul Xəlilov

Haqqında

   Toğrul Fərman oğlu Xəlilov 1 iyul 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olmuşdur.

   1998-2002-ci illərdə NDU-nun “Tarix-filologiya fakültəsi”nin tarix ixtisasında bakalavr, 2002-2005-ci illərdə həmin universitetdə magistr pilləsi üzrə təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.

   2002-2004-cü illərdə Ordubad şəhərindəki 1 nömrəli orta məktəbdə, 2024-2025-ci illərdə Ordubad rayon Tivi kənd orta məktəbində tarix müəllimi işləmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə kiçik elmi işçi kimi işə qəbul olunmuşdur. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun doktoranturasına daxil olmuşdur. 2010-cu ildə doktoranturanı müvəfəqiyyətlə bitirərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

   2014-cü ildə dosent elmi adı, 2025-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır. I Plovdağ, II Plovdağ, III Plovdağ nekropollarında, Plovdağ, Sumbatandizə, Aza, Xaraba-Gilan, Ərəbyengicə, Naxçıvantəpə yaşayış yerlərində aparılmış arxeoloji qazıntılarda, Elmin İnkişaf Fondunun təşkil etdiyi bir çox qrant lahiyələrində, Naxçıvan Muxtar Respublikasındakı tarix və mədəniyyət abidələrinin qeydiyyata alınmasında və pasportlaşdırılmasında yaxından iştirak etmişdir.

   250 elmi əsərin, 2 monoqrafiyanın müəllifi, bir neçə kitabın və ümumləşdirici əsərin həmmüəllifidir. 80-ə yaxın elmi məqaləsi Azərbaycandan kənarda ­­­­­­­­­– ABŞ, Türkiyə, Almaniya, Rusiya, Qırğızıstan, Qazaxıstan, İran, Gürcüstan, Özbəkistan və digər ölkələrdə çap edilmişdir. Bir çox beynəlxalq və yerli səviyyəli konfrans və simpoziumlarda elmi məruzələr etmişdir.

   2013-cü və 2023-cü illərdə səmərəli elmi fəaliyyətinə görə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə "İlin Alimi" adına layiq görülmüşdür. 2024-cü ildə AMEA-nın prezidenti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə təşəkkürnamə almışdır.

   Azərbaycan Maarifçilər Assosasiyasının, TURKCESS-in, Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Maarifçiləri Birliyinin, xaricdə nəşr olunan bir çox beynəlxalq indeksli jurnalların hakimlər heyətinin, AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür. Haliyədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyir.