19 Aprel 2026, Bazar

     AMEA Naxçıvan Bölməsi Elmi kitabxanası isə elektronlaşmağa 2013-cü il sentyabr ayının 4-də başlamış və kitabxana 12 terebayt yaddaşı olan əsas və ehtiyat serverlə, oxucuların rahat şəkildə elektron resurslardan istifadə edə bilməsi üçün elektron oxu zalı, printer, skaner, mobil elektron lövhə ilə təmin olunmuşdur. Həmçinin kitabxananın www.ekitab.ameanb.nmr.az internet saytı hazırlanaraq oxucuların istifadəsinə verilmişdir. Saytda kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, kitab sifariş vermək və kataloqda axtarmaq, dövri mətbuatla tanış olmaq imkanı yaradılmışdır.

     Kitabxana Respublika ərazisində bir çox kitabxana ilə KAA vasitəsilə kitab mübadiləsi həyata keçirmişdir. Bunlardan Məmməd Səid Ordubadi adına mərkəzi kitabxana, Naxçıvan Dövlət Universitetinin elektron kitabxanası, Mirzə Fətəli Axundov adına Milli kitabxana, AMEA Mərkəzi elmi kitabxana, Azərbaycan Respublikası Prezident kitabxanası, AMEA Şəki Regional Elmi Mərkəzinin kitabxanası, Aqrar Tədqiqatlar Mərkəzi ilə elektron mübadilə aparılmışdır. Kitabxanada hal-hazırda əsas fond, depozitar fond, referativ jurnal fondu, avtoreferat və dissertasiya fondu bir çox dəyərli çap məhsullarına ev sahibliyi edir. Kitabxana kataloq və kartoteka sistemi vasitəsilə oxuculara xidmət göstərir.

Əsas fond: Yerli və xarici kitabların ümumi və fərdi uçotunun aparılması, kitab fonduna daxil olan ədəbiyyatın elmi və kütləvi KBT ilə təsnifatlaşdırılması, xarici ədəbiyyat fondunun kitablarının indekslənməsi və elektron kataloqlaşdırılması işinin aparılması, fonda daxil olan yeni kitabların bülletenlərinin hazırlanması, elektron kataloqa salınmış kitabların sistemli qaydada əlifba sırası ilə yerləşdirilməsi işini həyata keçirir. Kitabxanaların elektronlaşmasından sonra gənc tədqiqatçılar, tələbələr müəllimlər nəinki ənənəvi formada informasiya ala bilirlər, həm də onlara lazım olan ədəbiyyatının elektron versiyasını əldə edə bilirlər. Yəni Oxucular kitabxana divarından kənardada istədikləri ədəbiyyatı www.ekitab.ameanb.nmr.az vasitəsilə online şəkildə əldə edə bilirlər. Hal-hazırda kitabxana fondunda 46321 kitab saxlanılır.   

     Komplektləşdirmə və biblioqrafiya şöbəsi: Bu şöbəyə bir neçə fond daxildir. Bunlardan referativ jurnal fondu, avtoreferatlar və dissertasiyalar fondu oxuculara xidmət göstərir. Dövrü mətbuat fondunda 36 ədəd tematik biblioqrafik kartoteka və hər bir kartotekadakı onlarla rubrikalar müxtəlif elm sahələrinə dair mövzuları əhatə edir. Bu kartotekalardan bəziləri mövzu kartotekalarıdır ki, həm aktual həmdə geniş oxucu kütləsinin maraq və istəyi nəzərə alınaraq ən əhəmiyyətli mövzuya həsr olunmuş kartotekalardır. Buna misal olaraq, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, xalqın adət-ənənələrinin zənginləşməsi üçün kitabxanaların inkişaf etdirilməsi və gələcək nəsilə ötürülməsi barədə əlindən gələni əsirgəməyən ümummilli lider Heydər Əliyev irsini təbliğ edən və onun həyatını, siyasi fəaliyyətini əks etdirən kartotekadır. 2003-cü ildə elmi kitabxanada avtoreferat və dissertasiya fondu yaradılıb. Hər il onlarla dissertasiya və yüzlərlə avtoreferat kataloqlaşdırılır. Kitabxana daxil olan avtoreferat, dissertasiya, qəzet və jurnalların ənənəvi və elektron kataloqlaşdırılmasını həyata keçirir. 11097 ədəd avtoreferat, 126 ədəd dissertasiya, 6200 jurnal və 18635 qəzet məqaləsi elektron qaydada işlənib kataloqa salınmışdır. Həmçinin şöbə oxucuların elektron və ənənəvi qeydiyyatı, xidmət işində elektron və ənənəvi kataloq-kartoteka sistemindən istifadə işinə nəzarət edir.

     Kitabişləmə, kataloqlaşdırma, annotasiya şöbəsi: Kitabxanaya daxil olan yeni ədəbiyyatın elmi kataloqlaşdırılmasını və texniki cəhətdən işlənməsini həyata keçirir. Kitablar komplektləşdirmə şöbəsinə daxil olduqdan sonra, ilk öncə ştamp vurulur, pasport, ciblik, müddət vərəqəsi yapışdırılaraq inventar nömrəsi verilir və təsnifləşdirilir. Kitabxananın komplektləşdirilməsində mühüm rolu dövlət başcısı, muxtar respublika rəhbərliyi, Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin maliyyə vəsaiti hesabına alınan və hədiyyə olunan kitablar kitabxananın fondunun zənginləşməsinə xidmət edir. Kitabişləmə şöbəsində ənənəvi şəkildə sistemli və əlifba kataloqu teşkil olunmuşdur. Həmçinin hər bir kataloqda müxtəlif elm sahələrinə dair mövzular əhatə olunmuşdur. Ümumilikdə 16717 adda 40951 min nüsxə elektron kataloqa salınmışdır. 2063 kitab isə pdf halına salınaraq istifadəçilərin ixtiyarına verilmişdir [1, 82].

     Skaner şöbəsi: 2013-cü cü il 4 sentyabrda Kitabxana elektronlaşmağa başlamış, “PROLİB” avtomatlaşdırılmış kitabxana-informasiya sistemi tətbiq olunaraq elektron kataloqun bazasında işlər davam etdirilmişdir. Bu şöbə kitabların, qəzet materiallarının elektron variantının hazırlanması və internet və lokal şəbəkədə yerləşdirilməsi, elektron oxucu davamiyyətinin qeydiyyatı və oxuculara xidmət işinin təşkilinə nəzarət edir. Hər il ardıcıl olaraq əlamətdar günlərlə bağlı virtual sərgilər tərtib edilib, kitabxananın elektron ünvanına yerləşdirilmişdir.

     Depozitar fond: fond elmi, tarixi, bədii əhəmiyyətə malik lakin, az istifadə olunan ədəbiyyatın depozitar fonda qəbul edilməsi, fondda texniki və elmi sistemləşdirmənin aparılması, müxtəlif sərgilərin (Yeni kitab sərgiləri, yubiley tarixi və əlamətdar günlər münasibəti ilə) təşkilinə nəzarəti həyata keçirir. Depozitar fondlar kitabxanada baza rolunu oynayır yəni bu fondda keçmişdən indiyə qədər əhəmiyyətini hələdə itirməmiş çap məhsulları saxlanılır. Depozitar fondları bir neçə yerə ayırmaq olar. Bunlara Respublika daxili depozitar fondlar, Universitetlərin, inistutların, AMEA və onu filiallarının elmi kitabxanaları, elmi təşkiların, müəssisələrin kitabxanalarının depozitar fondları və rəqəmsal yəni elektron depozitar fondları deyə bilərik. Bu fondda saxlanılan çap məhsulları uzun müddət kitabxana daxilində qorunur və bu sayədə informasiyaya gələcək nəsillərin, elmi tədqiqatçıların asanlıqla müraciət etməsini təmin edir.

     Ənənəvi və elektron zalı: 2013-cü ildən fəaliyyət göstərən bu zala oxucuların sərbəst sürətdə istifadə edə bilməsi üçün internetlə təchiz olunmuş 7 komputer və 1 televizor quraşdırılmışdır. Hər il elektron zalda yüzlərlə oxucu elmi tədqiqat üçün əhəmiyyətli olan kitabların elektron versiyasından maneəsiz olaraq istifadə edə bilir.

     Kitabxana sisteminin rəqəmsallaşması digər kitabxanalarla yanaşı akademik kitabxanalarında fəaliyyətində mühüm rol oynamışdır. AMEA Naxçıvan bölməsinin elmi kitabxanasında elektron xidmətlərdən istifadə sayəsində dəyərli elmi nəşrlərin elektron versiyasının oxuculara, xüsusilə gənc tədqiqatçılara təqdim olunması elm və tədqiqat sahəsinə marağın artmasına səbəb olmuş və bu sayədə kitablarımız nəinki ölkə daxilində, həm də beynəlxalq səviyyədə nümayiş etdirilmişdir.