Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsi
Bu şöbədə fondun arxivində mühafizə olunan qədim əlyazma və çap kitablarının demək olar ki, hamısına ilkin elmi rəylər yazılmış, onların adı, müəllifi, katibi, tərcüməçisi, yazılma və çap olunma tarixi və yeri, xətti, həcmi, ölçüsü və məzmunu müəyyənləşdirilmişdir.
Şöbənin ən uğurlu işlərindən biri 2025-ci ildə “Naxçıvan Əlyazmalar Fondundakı fars, ərəb və türkdilli əlyazma və çap kitablarının kataloqu”nun hazırlanması və onun nəşrinə nail olunmasıdır. Elmin müxtəlif sahələrinə aid olan bu kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən-Şərur, Sədərək, Kəngərli, Babək, Culfa, Ordubad, Şahbuz rayonlarının ərazilərindən toplanılmışdır.