01 May 2026, Cümə

Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsi

Brilyant İman qızı Cəfərli

Mob. tel. : ( +994 70) 342 16 65

E- poçt : brillant1ceferli@hotmail.com

     Şöbənin əsas fəaliyyəti Azərbaycan, xüsusilə Naxçıvan bölgəsinin zəngin memarlıq irsinin öyrənilməsi, tədqiqi, qorunması və təbliği istiqamətlərini əhatə edir. Şöbədə aparılan elmi-tədqiqat işləri çərçivəsində Naxçıvan memarlıq məktəbinin tarixi inkişaf mərhələləri, onun banisi olan Əcəmi Naxçıvaninin yaradıcılığı, memarlıq abidələrinin bədii-estetik xüsusiyyətləri, konstruktiv quruluşu və ornamentasiya sistemi geniş şəkildə araşdırılmışdır. Xüsusilə orta əsr memarlıq abidələri olan türbələrin, məscidlərin və digər memarlıq abidələrinin elmi təhlili, onların memarlıq xüsusiyyətlərinin və simvolik məna yükünün üzə çıxarılması istiqamətində tədqiqatlar aparılmışdır.

     Eyni zamanda, memarlıq abidələrinin bərpası və konservasiyası məsələləri, milli memarlıq ənənələrinin müasir dövrdə tətbiqi, eləcə də Şərq və Qərb memarlıq elementlərinin sintezi kimi aktual problemlər də şöbənin elmi fəaliyyətində mühüm yer tutur. Qarabağ və Zəngəzur bölgələrində memarlıq irsinin yenidən bərpası və inkişaf perspektivləri də tədqiqat istiqamətlərindəndir.