01 Avqust 2026, Şənbə

Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsi

   Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsi sənətşünaslıq sahəsində elmi-tədqiqat işləri aparır. Şöbənin əsas fəaliyyət istiqamətləri incəsənətin keçmiş tarixinin və müasir vəziyyətinin öyrənilməsi və təhlil edilməsi, ölkənin və regionun qədim dövrlərdən bu günə qədər olan rəngkarlıq, qrafika və heykəltəraşlıq tarixinin öyrənilməsidir.

   Eyni zamanda şöbədə xalçaçılıq, dulusçuluq, zərgərlik, misgərlik və bədii tikmə kimi sahələrin texnoloji xüsusiyyətlərinin öyrənilməsi və təhlil edilməsi, incəsənət sahəsinə dair elmi terminlərin dəqiqləşdirilməsi həyata keçirilir.

 

   Şöbəyə Şəmsiyyə Şəmsəddin qızı Zalova rəhbərlik edir.