Musiqi və teatr şöbəsi
Şöbə müdiri
Əli Kətən oğlu Qəhrəmanov
Mob.tel. : (+994 55) 600 68 34
E-poçt : aliqehreman@yahoo.com
Musiqi və teatr şöbəsinin fəaliyyəti Naxçıvanın zəngin mədəni mühitinin, xüsusilə musiqi və teatr sənətinin elmi əsaslarla öyrənilməsinə yönəlmişdir. Şöbə çərçivəsində regionun maddi və mənəvi mədəniyyəti, teatrın təşəkkülündə xalq musiqisinin rolu, eləcə də teatr və musiqi mühitinin formalaşma xüsusiyyətləri geniş şəkildə tədqiq olunur.
Şöbənin əsas fəaliyyət istiqamətləri sırasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının yarandığı gündən bu günədək keçdiyi inkişaf yolu, tarixi və mövcud problemləri, Naxçıvan teatrında rejissor və rəssam sənətinin inkişaf mərhələləri, həmçinin Naxçıvan Dövlət Kukla Teatrının yaranması, mürəkkəb dövrlərdə fəaliyyəti və ilk uğurları xüsusi yer tutur.
Ümumilikdə, şöbə əməkdaşları tərəfindən 10 kitab, 11 monoqrafiya, 340-a yaxın elmi məqalə və 260-a yaxın elmi-publisistik məqalə nəşr olunmuşdur.