Dilçilik şöbəsi
Dilçilik şöbəsində dilçilik elminin qarşısında duran aktual məsələlər nəzərə alınmaqla elmi araşdırmaların əsas prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, müasir dövrdə Azərbaycan dilçiliyinin inkişaf perspektivlərinin müəyyən edilməsi, Naxçıvan şivələrinin əhatəli tədqiqi həyata keçirilir. Bu məqsədlə Naxçıvan şivələrinə məxsus elmi dövriyyədə olmayan yeni materialların toplanması və bölgə şivələrinin həmin materiallar əsasında müasir elmi çağırışlara cavab verən şəkildə öyrənilməsi şöbənin əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Bu istiqamətdə şivələrin kompleks tədqiqi qarşıya əsas məqsəd kimi qoyulmuş və şöbənin əməkdaşları tərəfindən müxtəlif mövzularda 40-a yaxın kitab və monoqrafiya, 930 elmi məqalə nəşr edilmişdir. Bölgənin şivə materialları əsasında müxtəlif lüğətlər hazırlanaraq elmi ictimaiyyətə təqdim olunmuşdur.
Şöbəyə ictimai əsaslarla filologiya elmləri doktoru, dosent Nuray Yadigar qızı Əliyeva rəhbərlik edir.