Ədəbiyyatşünaslıq şöbəsi
Şöbə müdiri
Ramiz Asəf oğlu Qasımov
Mob. tel. : ( +994 55) 585 00 42
E- poçt : ramizqasimli44@gmail.com
Ədəbiyyatşünaslıq şöbəsinin əsas fəaliyyət istiqamətini Naxçıvan ədəbi mühiti və onun görkəmli şəxsiyyətlərinin öyrənilməsi təşkil edir. Şöbədə Naxçıvanda ədəbi mühitin ortaya çıxması, ədəbi şəxsiyyətlər, yaradılan əsərlər, ümumiyyətlə, Azərbaycan və dünya mədəniyyətinin formalaşmasına töhfə vermiş ədəbi-mədəni hadisə, şəxsiyyət və əsərlər öyrənilmişdir. Folklorşünaslıq şöbəsinin əməkdaşları tərəfindən 5-i xaricdə olmaqla, 16 monoqrafiya, 5-i xaricdə olmaqla, 35 kitab, 88-i xaricdə olmaqla, ümumilikdə, 902 elmi əsər çap edilmişdir. Şöbədə 2007-ci ildən başlayaraq 20 adda Naxçıvanın müxtəlif görkəmli şəxsiyyətlərinə həsr edilmiş “Taleyi və sənəti” seriyasından ibarət kitab çap edilmişdir.