“Tusi” nəşriyyatı fəaliyyətə başladığı dövrdən etibarən əsasən AMEA Naxçıvan Bölməsinin
elmi nəşrlərinin hazırlanması və çapı istiqamətində ixtisaslaşmışdır. Nəşriyyatın başlıca fəaliyyət sahəsini bölmənin elmi jurnallarının nəşri təşkil edir. Bununla yanaşı, burada müntəzəm olaraq illik hesabatlar, biblioqrafik göstəricilər, elmi kitablar, eləcə də müxtəlif çap məhsulları – buklet və açıqcalar hazırlanaraq oxuculara təqdim olunur.
Nəşriyyatın əsas çap məhsulu olan "Xəbərlər" jurnalının Gəmiqaya tarixi abidəsinə həsr olunmuş ilk xüsusi nömrəsi 2005-ci ildə işıq üzü görüb. 2005-ci ildən 2019-cu ilin birinci nömrəsinədək jurnal “Xəbərlər” adı altında çap olunmuş, 2019-cu ilin yayından etibarən isə “Elmi əsərlər” adı ilə nəşrini davam etdirmişdir. “Elmi əsərlər” jurnalı nəşrə başladığı dövrdən 2023-cü ilədək ildə 4 dəfə (2 humanitar və 2 texniki elmlər seriyası olmaqla) çap olunmuşdur. 2023-cü ildən jurnal yalnız humanitar elmlər seriyası üzrə ildə iki dəfə nəşr edilir. Bu günədək jurnalın ümumilikdə 79 nömrəsi oxucuların ixtiyarına verilmişdir.
Nəşriyyata Zülfiyyə Tofiq qızı Məmmədli rəhbərlik edir.