Yeni və ən yeni tarix şöbəsi
Şöbə müdiri
Musa Rəhim oğlu Quliyev
Mob. tel. : (+994 50) 461 88 64
E- poçt : kuliyevm@yandex.ru
Yeni və ən yeni tarix şöbəsində “Naxçıvan MSSR-nin təşkili” (XX əsrin əvvəlləri), Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri, mövzusu ilə əlaqədar tədqiqatlar aparılmışdır. Mövzu ətraflı şəkildə tədqiq olunmuş, təhlillər aparılmış, uğurlu nəticələr əldə olunmuşdur. Həmçinin şöbədə Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi, qonşu xanlıqlar və dövlətlərlə münasibətləri, ordu quruculuğu, kəngərlilərdə mülkiyyət məsələsi, XIX-XX əsrlərdə Naxçıvanda yaşamış Naxçıvan xanları nəslindən olan şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə əlaqədar araşdırmalar aparılmışdır. Naxçıvanın XIX əsr tarixi rus mənbələri əsasında araşdırılmış, dövrün sosial-siyasi və iqtisadi həyatı, Naxçıvanda kollektivləşmə və onun nəticələri məsələləri öyrənilmişdir. Şöbə əməkdaşları tərəfindən 70-ə yaxın kitab və monoqrafiya, 600-ə yaxın elmi məqalə nəşr edilib.