Etnoqrafiya şöbəsi
Şöbə müdiri
Asəf Yunis oğlu Orucov
Mob. tel. : ( +994 50) 716 21 24
E- poçt : aseforucov@yahoo.com.tr
2 əməkdaşın fəaliyyət göstərdiyi Etnoqrafiya şöbəsində Naxçıvan əhalisinin etnogenetik əlaqələri, qədim inamlar sistemi, təsərrüfat həyatı, sənətkarlıq sahələri, maddi və mənəvi mədəniyyəti, ailə məişəti zəngin arxeoloji mənbələr, ədəbiyyat və çöl etnoqrafik materialları əsasında tədqiq edilmişdir.
Şöbənin fəaliyyəti nəticəsində Naxçıvanın XX əsrin sonu – XXI əsrin əvvəllərinin təsərrüfat həyatı etnoqrafik cəhətdən ilk dəfə öyrənilmişdir. Təsərrüfatın ayrı-ayrı sahələri, xüsusilə əkinçilik (bağçılıq, bostançılıq, taxılçılıq), maldarlıq (atçılıq, arıçılıq, heyvandarlıq, dəvəçilik) etnoqrafik cəhətdən araşdırılmışdır. Həmçinin əkinçiliklə bağlı mərasimlər və inanc sistemləri də tədqiq edilmişdir.
Tədqiqatlar zamanı Naxçıvanda şəhər mədəniyyəti də ayrıca tədqiqata cəlb edilmişdir. Burada xüsusilə Ordubad və Naxçıvan şəhərləri tarixi-etnoqrafik baxımdan araşdırılmışdır. Şəhər mədəniyyətində əhalinin yaşam tərzi, evlərin quruluşu, geyim mədəniyyəti, yeməklər və içkilər öyrənilmişdir. Araşdırmalar zamanı ənənəvilik və müasirlik anlayışları baxımından müqayisələrə geniş yer verilmişdir.
Naxçıvan Muxtar Respublikasında kənd əhalisinin ictimai fəallığının ailə və ailə məişətinə təsiri də geniş etnoqrafik tədqiqata cəlb edilmişdir. Ailə və ailə məişəti münasibətlərində dəfn, yas və toy mərasimləri, doğum və ölüm kimi məsələlər araşdırılmışdır.
Bu istiqamətdə işlərin aparılması qarşıya məqsəd kimi qoyulmuş və şöbə əməkdaşları tərəfindən 9 kitab, 6 monoqrafiya və 350-yə yaxın elmi məqalə nəşr edilmişdir