Elanlar
"Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Azərbaycan Millil Elmlər Akademiyası
Naxçıvan Bölməsi
“ƏCƏMİ NAXÇIVANİ:NAXÇIVAN MEMARLIQ MƏKTƏBİ VƏ ƏNƏNƏLƏRİ” BEYNƏLXALQ ELMİ KONFRANS
26-28 İYUN 2026, NAXÇIVAN ŞƏHƏRİ
Dəyərli elm adamları!
AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 26-28 iyun 2026-cı il tarixdə Naxçıvan şəhərində “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilində “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda üz-üzə və onlayn formada beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır:
– Əcəmi Naxçıvaninin dövrü və mühiti
– Əcəmi Naxçıvaninin memarlıq irsi
– Əcəmi Naxçıvani mühəndis və xəttat kimi
– Əcəmi Naxçıvani irsinin Yaxın Şərq memarlığına təsiri
– Naxçıvan memarlıq məktəbi və nümayəndələri
– Möminə xatın türbəsi memarlığımızın incisi kimi
– Orta əsrlər dövründə Naxçıvanda dil, ədəbiyyat, folklor və maddi-mədəniyyət nümunələri
– Orta əsrlər dövründə Naxçıvan şəhəri
– Müstəqil Azərbaycan dövləti və Əcəmi Naxçıvani irsinə göstərilən dövlət qayğısı
Konfransda iştirak qaydaları:
Məqalələrin göndərilməsi və dəyərləndirilməsi: 25 may 2026-cı il
Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı uyğun tədqiqatçılar iştirak edə bilər. Məqalələr tam formada 25 may 2026-cı il tarixədək göndərilməlidir. Məqalələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məqalələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Elmi heyət tərəfindən qəbul edilmiş məqalələr haqqında məlumatlar 31 may 2026-cı il tarixədək iştirakçılara ameanb25@gmail.com ünvanı vasitəsi ilə bildiriləcəkdir.
Beynəlxalq konfransın qonaqlama xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır.
Təqdimat
Konfransda hər bir məruzənin təqdim olunmasına 15 dəqiqə vaxt ayrılır.
MƏRUZƏ MƏTNLƏRİNİN HAZIRLANMASINA DAİR YAZI QAYDALARI
1. Təqdim olunan məqalələrin həcmi 7-10 səhifədən artıq olmamalıdır.
2. Məqalənin tək müəllifli olması arzuolunur.
3. Məqalənin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə bilavasitə müəllif cavabdehdir. 4. Təqdim olunan məqalənin mətni kоmpüterdə, MS.Word proqramında, A4 kağız formatında, 12 pt şriftlə, səhifənin pаrаmetrləri yuхаrıdаn və aşağıdan 2 sm, sоldаn 3 sm, sаğdаn isə 1 sm məsаfə ilə, sətirdən-sətrə “defislə” keçmədən, sətir аrаlığı 1 intervаl оlmаqla hazırlanmalıdır.
5. Məqalə Azərbаycаn, türk, və ingilis dillərində yalnız Microsoft Word proqramında, Times New Rоmаn hərfləri ilə yazılmalı, CD, DVD daşıyıcıda, həmçinin elektron poçt vasitəsilə Təşkilat Komitəsinə təqdim edilə bilər. Məqalələr beynəlxalq standartlara uyğun olaraq müxtəlif başlıqlara bölünməlidir (məs.: giriş, əsas mətn, nəticə və s.). Mətndə оlаn şəkil və cədvəllər yalnız JPG formatında olmalı, keyfiyyətinə üstünlük verilməli və sayı 3-dən artıq olmamalıdır.
6. Səhifənin ortasında “12” pt ölçülü qаlın və böyük hərflərlə müəllifin аdı və sоyаdı yаzılır. Bir sətir bоş burахılmаqlа “12”pt ölçülü böyük hərflərlə məqаlənin аdı yazılır və məqаlənin yazıldığı dildə “10”pt ölçülü əyri hərflərlə xülasə və açar sözlər yazılır. Xülasələr 250-300 söz aralığında məqalənin məzmununu əhatə etməlidir. Müəllifin işlədiyi təşkilаtın аdı, elmi dərəcəsi və e-poçt ünvanı “12”pt ölçülü əyri və qalın kiçik hərflərlə ədəbiyyat siyahısından sonra sağdan yаzılır.
7. Məqalənin yazıldığı dildə və ingilis dilində xülasələr məqalənin axırında verilir. Xülasələrdən əvvəl sağ tərəfdə 12 pt şriftlə məqalə müəllifinin adı və soyadı qalın kiçik hərflərlə, məqalənin adı isə qalın böyük hərflərlə yazılır, sonra 12 pt şriftlə adi hərflərlə xülasələrin mətni 1 interval ara ilə verilir. Hər xülasənin sonunda 7 sözü keçməməklə açar sözlər yazılır.
8. Mövzu ilə bağlı mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat siyahısı yazıldığı dildə 12 pt şrift, 1 interval ara ilə, APA 7 sistemində, kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında 12 pt şriftlə, qalın və böyük hərflərlə yazılır.
ƏLAQƏ:
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76
Tel.: (+99436) 544 09 64
(+99436) 545 13 48
E-poçt: ameanb25@gmail.com