21 Aprel 2026, Çərşənbə Axşamı

Nəşrlər

news-img

19.03.2026 11:00

line-img

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” .13-14 iyun 2025-ci il tarixdə keçirilmiş respublika elmi konfransının materialları” kitabı dərc olunub.

   Naxçıvanda mühüm elmi nəşr işıq üzü görüb — ötən ilin 13–14 iyun tarixlərində keçirilmiş “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda Respublika elmi konfransının materialları kitab halında çap olunub.

     576 səhifəlik nəşr “APASTROF-A” nəşriyyatında dərc edilib. Kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir. Nəşrin rəyçiləri tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov və Nazim Mustafa, həmçinin Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.

     Konfrans Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış konsepsiyası çərçivəsində təşkil olunub.

     Nəşrə ümumilikdə 90 müəllifin 80-ə yaxın məqaləsi daxil edilib. Kitabda “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın arxeologiyası və etnoqrafiyası”, “Qərbi Azərbaycanın dil faktları və toponimikası”, “Qərbi Azərbaycanın mədəniyyəti”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektlər” başlıqları altında məqalələr dərc olunub.

     Kitab Qərbi Azərbaycanın tarixi, həmçinin mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi mənbə kimi qiymətləndirilir və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

     Nəşrin redaksiya heyətində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Azərbaycan Ağsaqqallar Şurasıının sədr müavini, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə icmanın sədri Abel Məhərrəmov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, AMEA Naxçıvan Bölməsində Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və tarix elmləri doktoru Tofiq Mustafazadə təmsil olunurlar.

     Bu nəşr Qərbi Azərbaycanla bağlı elmi tədqiqatların sistemləşdirilməsi və gələcək araşdırmalar üçün etibarlı mənbə kimi xüsusi əhəmiyyət daşıyır.