23 Noyabr 2026, Bazar Ertəsi

Tədbirlər

news-img

13.11.2026 11:00

line-img

Akademik İsmayıl Hacıyev Konstitusiya Günü ilə bağlı Naxçıvan televiziyasına müsahibə verib

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 12 Noyabr – Konstitusiya Günü ilə bağlı Naxçıvan televiziyasına müsahibə verib.

Müsahibədə müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmasının tarixi əhəmiyyətindən danışılıb. Akademik Əsas Qanunun hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini, ölkəmizin hüquqi bazasının formalaşmasındakı rolunu diqqətə çatdırıb. Müsahibədə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə yanaşı, Konstitusiya müddəalarının ölkəmizin bütün ərazisində tamhüquqlu şəkildə bərqərar olmasını təmin etdiyi vurğulanıb.