23 Noyabr 2026, Bazar Ertəsi

Tədbirlər

news-img

19.10.2026 15:57

line-img

Dosent Aytən Cəfərova Qərbi azərbaycanlılarla görüşüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova Ordubad rayonunun Parağa kəndində yaşayan Qərbi azərbaycanlılarla görüş keçirib.

Görüş zamanı Qərbi Azərbaycanın zəngin folklor nümunələri, milli adət-ənənələri, etnoqrafik dəyərləri öyrənilib, həmin dəyərlərin qəsəbədə yaşadılması ilə bağlı söhbətlər aparılıb. Eyni zamanda, sakinlər ilə mövsüm-mərasimləri, eləcə də qışa hazırlıq tədarükü mövzusunda müzakirələr aparılıb, onlardan dəyərli folklor və etnoqrafik nümunələr toplanaraq yazıya alınıb.