23 Noyabr 2026, Bazar Ertəsi

Tədbirlər

news-img

23.10.2026 18:45

line-img

Maarifləndirici tədbirdə tarix elmləri doktoru Zeynəb Quliyeva iştirak edib

"Tarix və mədəniyyət abidələrini qorumaq vətəndaşlıq borcumuz və konstitusion vəzifəmizdir" mövzusunda keçirilən maarifləndirici tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyeva iştirak edib.

2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarix və mədəniyyət abidələrinin qorunması, bu sahədə hüquqi və vətəndaşlıq məsuliyyətinin artırılması məqsədilə təşkil olunan tədbir şəhidlərin xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyeva, Naxçıvan Dövlət Universitetinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədov çıxış ediblər.

Çıxışlarda bölgənin tarixi-mədəni irsinin elmi və tarixi dəyərləri diqqətə çatdırılıb, tarixi və mədəni irsin mühafizəsinin hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifə olduğu vurğulanıb və bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.