Tədbirlər
AMEA Naxçıvan Bölməsində Təhcizat və xidmət şöbəsinin əməkdaşı Abbasəli Maxsudovun 70 illik yubileyi qeyd olunub
AMEA Naxçıvan Bölməsində Təhcizat və xidmət şöbəsinin əməkdaşı Abbasəli Maxsudovun 70 illik yubileyi münasibətilə çay süfrəsi təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yubilyarın uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətini yüksək qiymətləndirib. O, Abbasəli müəllimin kollektivdə qazandığı nüfuzdan, məsuliyyətli və işinə sadiq əməkdaş kimi müsbət keyfiyyətlərindən söz açıb.
Akademik İsmayıl Hacıyev qeyd edib ki, Abbasəli Maxsudov AMEA Naxçıvan Bölməsində çalışdığı müddətdə təşkilati işlərin yerinə yetirilməsində mühüm rol oynayıb və öz peşəkarlığı ilə seçilib.
Daha sonra yubilyar çoxillik səmərəli təşkilati fəaliyyətinə və 70 illik yubileyi münasibətilə AMEA Naxçıvan Bölməsinin fəxri fərmanı ilə təltif olunub. Eyni zamanda, akademik İsmayıl Hacıyev tərəfindən Abbasəli Maxsudova xatirə hədiyyəsi də təqdim edilib.
Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov da Abbasəli müəllimi yubileyi münasibətilə təbrik edərək, ona möhkəm can sağlığı arzulayıb.
Yubilyar Abbasəli Maxsudov isə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, uzun illər çalışdığı kollektivdə özünü hər zaman doğma mühitdə hiss etdiyini bildirib.