23 Noyabr 2026, Bazar Ertəsi

Tədbirlər

news-img

22.10.2026 14:55

line-img

AMEA Naxçıvan Bölməsinin əməkdaşları elmi-nəzəri seminarda iştirak ediblər

Naxçıvan Dövlət Universitetində “Müasir mütaliə imkanları: reallıqlar, perspektivlər” mövzusunda keçirilən elmi-nəzəri seminarda AMEA Naxçıvan Bölməsinin əməkdaşları iştirak ediblər.

Seminarı giriş sözü ilə Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova açıb.

 

Seminarda AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının müdiri Samirə Salahova “Ənənəvi mütaliədən rəqəmsal oxuya: elektron kitabxanaların imkanları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müasir dövrdə kitabxana işinin rəqəmsallaşdırılması, elektron kitabxanaların yaratdığı geniş imkanlar və bu sahənin gələcək perspektivləri haqqında ətraflı məlumat verilib.

Sonda mövzu ətrafında elmi müzakirələr aparılıb.