Tədbirlər
AMEA Naxçıvan Bölməsinin kollektivi sərgi-satış yarmarkası ilə tanış olub
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin kollektivi Heydər Əliyev Sarayında fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm əsərləri, əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgi-satış yarmarkasını ziyarət edib. Onlar sərgidə nümayiş etdirilən rəsm əsərləri, əl işləri və digər məhsullarla yaxından tanış olub, hədiyyəlik əşyalar və ailə təsərrüfatı məhsulları alıb, sərgi iştirakçılarına yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.
Sərgi-satış yarmarkası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilir.