19 Aprel 2026, Bazar

Rəhbərlik

Fondun direktoru

Fərman Yunis oğlu Xəlilov

Mob. tel. : ( +994 50) 328 05 33

Xid. tel. : ( +994 36) 550 12 71

E- poçt : fermanhalilov@yahoo.com

     AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsinin tərkib hissələrindən biri kimi 8 aprel 2005-ci ildə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının dövlət siyasətini həyata keçirən fondun əsas məqsəd və vəzifələri qədim əlyazma və çap kitablarının toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, tədqiqi, nəşri və təbliğidir. ​

     Bu gün fondun kitabxanasında Azərbaycan, ingilis və rus dillərində 300-dək müasir çap kitabları saxlanılır. Onların əksəriyyəti əlyazmaşünaslıq və mətnşünaslığa aiddir. ​

     Tədqiqata cəlb olunan əsərlər tarix, dilçilik, ədəbiyyat, məntiq fəlsəfə, həndsə, astronomiya elmərini əhatə edir. Bu əlyazma və çap kitablarının öyrənilməsi onların aid olduğu dövrün ədəbi mühitini və mədəni inkişafının hansı səviyyədə olduğunu izləməyə imkan vermişdir.

     ​Aparılan tədqiqat işlərində əlyazma və çap kitablarının mövzu və məzmunu, eyni zamanda paleoqrafik və orfoqrafik xüsusiyyətləri də öyrənilmiş, mühüm elmi nəticələr əldə edilmişdir. ​

     Araşdırmaların əksəriyyətinin əsas tədqiqat obyekti Naxçıvan ərazisindən toplanan və fondda mühafizə olunan digər əlyazma və çap kitabları olmuşdur. Fondda qorunan əlyazma və çap kitablarının elektron variantının hazırlanması işi də yerinə yetirilmişdir. ​

     AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu müqavilədə hər iki tərəfin birgə tədqiqatlar və təcrübə mübadiləsi aparması gənc əməkdaşların peşəkarlıq səviyyəsini artırmaq üçün nəzəri və təcrübi məsləhətlərin verilməsi işinin təşkili, qarşılıqlı yardım əsasında tərəflərin kitabxana və arxivlərinin zənginləşdirilməsi və digər məsələlər öz əksini tapmışdır. Bu əməkdaşlığın əsas məqsədi qədim əlyazma və çap kitablarının toplanılması, bərpası, kataloqlaşdırılması, mühafizəsi, tədqiqi, nəşri və təbliği vasitəsilə Azərbaycan xalqının elmi və ədəbi-mədəni potensialını, həmçinin milli və dini dəyərlərini nümayiş etdirməkdən ibarətdir.

     ​Fondda tamamilə yeni bir istiqamətdə, yəni Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması istiqamətində işə başlanılmışdır. Yaradılan ilk şəxsi arxiv keçən əsrin 20-70-ci illərində Naxçıvan ədəbi mühitində özünəməxsus iz buraxan şair, publisist və dramaturq Seyid Səbri Əsədliyə məxsusdur. Bunda başqa naxçıvanlı şairlərdən Müzəffər Nəsirli, Kəmalə Ağayeva və muzeyşünas Sübhi Kəngərlinin də şəxsi arxivi yaradılmışdır.