Uğurlarımız
Beynəlxalq "Manas Sosial Tədqiqatlar Jurnalı"nda əməkdaşlarımızın məqaləsi dərc edilib
Qırğızıstan-Türkiyə Manas Universiteti tərəfindən nəşr olunan beynəlxalq "Manas Sosial Tədqiqatlar Jurnalı"nın bu ilki sayında AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, tədqiqatçılar Yavuz Günaşdı və Elmar Baxşəliyevin həmmüəllifi olduğu "Gemikaya resimlerinin mitolojik anlamı və kronolojisine ilişkin yeni gözlemler" adlı məqalə dərc edilib.
Qeyd edilib ki, Gəmiqaya təsvirləri indiyədək başlıca olaraq IV–II minilliklərə aid edilib. Ancaq arxeoloji araşdırmalar Gəmiqaya rəsmlərinin düşündüyümüzdən daha qədim olduğunu göstərir. Gəmiqaya təsvirlərinin bənzərlərinə Neolit və Eneolit keramikası üzərində rast gəlinməsi də bunu təsdiq edir. Araşdırmalar həm də göstərir ki, Gəmiqayada xalqımızın inancları ilə sıx bağlı olan təsvirlər vardır. Bu təsvirlər Yaxın Şərqin mədəni mühiti ilə sıx əlaqəli olub, bəzi təsvirlərdə tanrı obrazları da öz əksini tapıb.