Uğurlarımız
AMEA Naxçıvan Bölməsinin gənc tədqiqatçısı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
AMEA Naxçıvan Bölməsinin gənc tədqiqatçısı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
25 iyul 2026-cı il tarixində İsveçin Stokholm şəhərində “AURORA 2026” – Qadınlar, Cəmiyyət, Elm və Dayanqlı İnkişaf üzrə Beynəlxalq Simpozium (International Symposium on Women, Society, Science and Sustainable Development) keçirilib.
Beynəlxalq tədbirin əsas məqsədi qadınların hüquq və imkanlarının genişləndirilməsi, elmin inkişafı və dayanıqlı gələcəyin formalaşdırılması mövzularını müzakirə etmək olub.
Simpoziuma onlayn qatılan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi Brilyant Cəfərli “Möminə Xatundan davamlı mədəni yaddaşa: XII əsr Azərbaycanında qadın adına ucaldılmış abidənin sosial-mədəni missiyası” (“From Momine Khatun to Sustainable Cultural Memory: The Socio-Cultural Role of a Monument Dedicated to a Woman in Twelfth-Century Azerbaijan”) mövzusunda məruzə ilə çıxış edib.
Brilyant Cəfərli fəal elmi iştirakına, beynəlxalq elmi əməkdaşlığa və fənlərarası tədqiqatların inkişafına verdiyi töhfəyə görə təşkilatçılar tərəfindən iştirakçı Sertifikatı ilə təltif olunub.