26 Iyul 2026, Bazar

Uğurlarımız

news-img

06.07.2026 10:36

line-img

Əməkdaşımız “Elements of AI” onlayn kursunu uğurla tamamlayaraq sertifikat əldə edib

AMEA Naxçıvan Bölməsi Aparatının Rəqəmsallaşma və süni intellekt şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova Helsinki Universiteti və MinnaLearn tərəfindən təqdim olunan “Elements of AI” onlayn kursunu uğurla tamamlayaraq sertifikat əldə edib.
Kurs süni intellektin əsas anlayışları, maşın öyrənməsi, neyron şəbəkələri, ehtimal əsaslı qərarvermə, alqoritmik qərəz, məxfilik və süni intellektin cəmiyyətə təsirləri kimi mövzuları əhatə edir.
“Elements of AI” Helsinki Universiteti və MinnaLearn tərəfindən hazırlanmış, süni intellekt üzrə əsas biliklərin geniş auditoriyaya çatdırılmasına yönəlmiş onlayn təhsil proqramıdır.