28 Iyul 2026, Çərşənbə Axşamı

Uğurlarımız

news-img

28.07.2026 12:02

line-img

AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

23-25 iyul 2026-cı il tarixlərində Şuşa şəhərində keçirilən "Azərbaycan 4-cü Beynəlxalq Elmi Tədqiqatlar Konfransı" (Azerbaijan 4rd International Congress of Scientific Research) uğurla yekunlaşıb.
Beynəlxalq konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl iyulun 24-də keçirilən onlayn bölmə iclasında moderatorluq etməklə yanaşı, "Azərbaycan dilinin inkişafının strateji hədəfləri və prioritet istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib.
Konfransın sonunda uğurlu çıxışına və elmi töhfələrinə görə Zülfiyyə İsmayıl təşkilatçılar tərəfindən xüsusi iştirakçı Sertifikatı (Certificate of Participation) ilə təltif olunub.