Uğurlarımız
Dosent Aytən Cəfərovanın məqaləsi Scopus indeksli “Elmi İş” jurnalında dərc edilib
Azərbaycan Elm Mərkəzinin (AEM) nəşri olan Scopus indeksli “Elmi İş” jurnalında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın elmi məqaləsi dərc edilib.
Jurnalın Humanitar və İctimai Elmlər bölməsində yer alan “Symbolic and Semantic Manifestations of Colours in Oral Folklore (Based on Nakhchivan Folklore Texts)” adlı məqalədə Naxçıvan folklor mətnləri əsasında şifahi xalq ədəbiyyatında rənglərin daşıdığı simvolik və semantik mənalar geniş təhlil olunub.