23 Noyabr 2026, Bazar Ertəsi

Uğurlarımız

news-img

02.11.2026 09:25

line-img

AMEA Naxçıvan Bölməsinin əməkdaşları NASCO 29-da iştirak ediblər

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransında (NASCO29) AMEA Naxçıvan Bölməsinin əməkdaşları iştirak ediblər.

İki gün davam edən konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarının əməkdaşları konfrans çərçivəsində keçirilən bölmə iclaslarına moderatorluq edib və müxtəlif mövzularda məruzələr ediblər.

Əməkdaşlarımız konfransdakı uğurlu fəaliyyətləri nəticəsində sertifikatla təltif ediliblər.